...

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Gürcüstanın birinci xanımı Sandra Elizabet Rulofs ilə görüşüb

Siyasət Materials 13 May 2010 20:13 (UTC +04:00)
Cümə axşamı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva ölkəmizdə səfərdə olan Gürcüstan Prezidentinin xanımı Sandra Elizabet Rulofs ilə görüşüb.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Gürcüstanın birinci xanımı Sandra Elizabet Rulofs ilə görüşüb

Cümə axşamı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva ölkəmizdə səfərdə olan Gürcüstan Prezidentinin xanımı Sandra Elizabet Rulofs ilə görüşüb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Mehriban xanım Əliyeva hörmətli qonağı böyük səmimiyyətlə qarşılayıb, xanım Sandra Elizabet Rulofsu yenidən Bakıda görməkdən məmnunluğunu bildirdi.

Mehriban xanım Əliyeva xanım Sandra Rulofsun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə qonaqları Heydər Əliyev Fondunda salamlayaraq bu görüşlərin artıq ənənəvi xarakter aldığını, əməkdaşlığın getdikcə daha da genişləndiyini söylədi. Mehriban xanım Əliyeva Heydər Əliyev Fondu ilə Gürcüstanın birinci xanımının rəhbərlik etdiyi "Soko" fondu arasında səhiyyə, təhsil sahələrində bir çox birgə layihələr həyata keçirildiyini bildirib.

Mehriban xanım Əliyeva Gürcüstanın birinci xanımı ilə hər görüşdən sonra yeni birgə layihələrin həyata keçirilməsinə başlanılmasını məmnunluqla qeyd edib.

Xanım Sandra Elizabet Rulofs xoş sözlərə, hər görüşdə hiss etdiyi səmimi münasibətə görə Mehriban xanıma təşəkkür edib.

Gürcüstanın nümayəndə heyətini təqdim edən Sandra Elizabet Rulofs "Soko" fondunun filialı olan nadir xəstəliklər üçün alyans barədə məlumat verib. Bildirib ki, bu qurum qan xərçəngindən əziyyət çəkən uşaqlara yardım etməklə məşğuldur. Azərbaycana səfəri çərçivəsində alyansın əməkdaşları bu sahəyə dair təcrübə mübadiləsi aparacaqlar.

Azərbaycan Prezidentinin xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın adından Gürcüstan Prezidenti Mixail Saakaşvilinin xanımı Sandra Elizabet Rulofsun şərəfinə nahar verilib.

Xəbər lenti

Xəbər lenti