...

Gürcüstan Parlamenti Aİ ilə vahid hava məkanı haqqında sazişi təsdiqləyir

Siyasət Materials 8 Fevral 2011 10:31 (UTC +04:00)
Çərşənbə axşamı Gürcüstan Parlamenti Avropa İttifaqı ilə vahid hava məkanı haqqında sazişi təsdiqləyəcək. Trend-in məlumatın agörə, hökumətin parlament katibi Giya Xuroşvili jurnalistlərə bildirib ki, göstərilən saziş Gürcüstanda qeydiyyata alınan aviaşirkətlər üçün Avropanın hava limanlarına yol açır.
Gürcüstan Parlamenti Aİ ilə vahid hava məkanı haqqında sazişi təsdiqləyir

Gürcüstan, Tbilisi, 8 fevral /Trend, müxbir N.Kirsxaliya/

Çərşənbə axşamı Gürcüstan Parlamenti Avropa İttifaqı ilə vahid hava məkanı haqqında sazişi təsdiqləyəcək. Trend-in məlumatın agörə, hökumətin parlament katibi Giya Xuroşvili jurnalistlərə bildirib ki, göstərilən saziş Gürcüstanda qeydiyyata alınan aviaşirkətlər üçün Avropanın hava limanlarına yol açır.

Bunun müqabilində Gürcüstan iki il ərzində öz qanunvericiliyini Avropa normalarına uyğunlaşdırmalıdır.

"Göstərilən saziş bir tərəfdən azad bazara, digər tərəfdən ölkənin iqtisadi inkişafına təsit göstərəcək", - Xuroşvili qeyd edib.

Gürcüstanın xarici işlər nazirinin müavini Nino Kalandadze bir az əvvəl bildirmişdi ki, sazişin imzalanması üzrə danışıqlar uzun müddət davam edib və uğurla nəticələnib. Tbilisidə güman edirlər ki, bu addım mülki aviasiya sahəsində xidmətin keyfiyyətinin yaxşılaşmasına və respublikanın aviaşirkətlərinin rəqabətqabililiyyətinin yüksəlməsinə kömək edəcək.

Xəbər lenti

Xəbər lenti