...

Azərbaycan və Qazaxıstan Orta Dəhlizin rəqəmsallaşdırılması üzrə əməkdaşlıq edəcək

Siyasət Materials 22 İyun 2023 15:15 (UTC +04:00)
Azərbaycan və Qazaxıstan Orta Dəhlizin rəqəmsallaşdırılması üzrə əməkdaşlıq edəcək

Bakı. Trend:

Azərbaycan və Qazaxıstan Orta Dəhlizin rəqəmsallaşdırılması üzrə əməkdaşlıq edəcək.

Trend xəbər verir ki, bununla bağlı bu gün baş nazir Əli Əsədov və Qazaxıstan Baş naziri Alixan Smailov arasında danışıqların yekununda “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi arasında nəqliyyat sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsi və Orta Dəhlizin rəqəmsallaşdırılması üzrə əməkdaşlıq Memorandumu” imzalanıb.

Qeyd edək ki, iyunun 22-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Bakıda rəsmi səfərdə olan Qazaxıstan Respublikasının Baş naziri Alixan Smailov ilə görüşüb.

Görüşdə transxəzər beynəlxalq nəqliyyat marşrutunun (Orta Dəhliz) əhəmiyyəti xüsusi qeyd olunub. Ötən il Azərbaycan və Qazaxıstan arasında yükdaşımaların ümumi həcminin təxminən 3 dəfə, tranzit yükdaşımalarının isə 3,2 dəfə artmasından məmnunluq ifadə edilib. Orta Dəhliz üzrə yüklərin nəqlinin artırılmasına dair dövlət başçılarının tapşırıqlarının hökumət xətti ilə icra edilməsinə tərəflərin sadiqliyi ifadə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti