...

Geri çağrıla bilən kapitala daha çox dəyər vermək lazımdır - Aleksiya Latortyu

İqtisadiyyat Materials 3 May 2024 17:50 (UTC +04:00)
Geri çağrıla bilən kapitala daha çox dəyər vermək lazımdır - Aleksiya Latortyu
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Tbilisi. Trend:

Geri çağrıla bilən kapitala daha çox dəyər vermək lazımdır.

Trend xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin beynəlxalq ticarət və inkişaf üzrə nazirinin köməkçisi Aleksiya Latortyu Tbilisidə AİB-in illik toplantıları çərçivəsində keçirilən "AİB-in yol xəritəsi, 2030 strategiyasının yenilənməsi" mövzusunda keçirilən panel müzakirəsində çıxışında deyib.

Geri çağrıla bilən kapital bankın kapitalının səhmdarların abunə yazıldıqları səhmlərdən formalaşmış, lakin yalnız müəyyən şərtlər daxilində ödənilməli olan hissəsidir; bir növ bankın öhdəliklərini ödəmək üçün nəzərdə tutulmuş zəmanət fondu kimi çıxış edir.

Latortyunun sözlərinə görə, inkişaf proqramı, həmçinin, səhmdarlar, onların, o cümlədən, risk qəbulu planında özlərini inkişaf etdirməsi ilə əlaqəlidir.

"Əməkdaşlıq təkcə birgə maliyyələşdirmənin artırılması ilə deyil, geri çağrıla bilən kapitalla da əlaqəlidir. Beynəlxalq inkişaf banklarının maliyyələşdirmə modelinin əsasında duran çağırıla bilən kapitala daha böyük dəyər əlavə edə biləcəyimizə dair real ehtimal var. Lakin beynəlxalq inkişaf bankları təkbaşına hərəkət edərsə, heç nə baş verməyəcək", - o deyib.

Nazir köməkçisi kredit-reytinq agentliklərinin bu hərəkəti müşahidə etdiklərini və məhz beynəlxalq inkişaf banklarının bir qrup olaraq buna böyük diqqət ayırdıqlarını rəsmi şəkildə bəyan etdiklərini əlavə edib.

Qeyd edək ki, 2-5 may tarixləri ərzində keçirilən 57-ci illik toplantının mövzusu "Gələcəyə Körpü"dür.

İdarəedicilər Şurasının ilk iclası mayın 4-də baş tutacaq. Bununla illik toplantının rəsmi başlanğıcının açılışı olacaq. Bu, ev sahibi ölkədən fəxri qonaqların iştirak etdiyi tədbirdir. AİB prezidenti Masatsuqu Asakava və Gürcüstanın maliyyə naziri, eləcə də, AİB Rəhbərlər Şurasının sədri Laşa Xutişvili bəyanatlarla çıxış edəcəklər.

İllik toplantı AİB-in İdarəedicilərinə Asiya-Sakit Okean regionunun üzləşdiyi inkişaf məsələləri və çağırışları nəzərdən keçirmək imkanı verir. Görüşdə mütəmadi olaraq bir neçə min iştirakçı, o cümlədən, maliyyə nazirləri, mərkəzi bankların rəhbərləri, yüksək vəzifəli dövlət rəsmiləri, özəl sektorun nümayəndələri, beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri, gənclər, elm və media nümayəndələri iştirak edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti