...

Özəl sektorun daha mürəkkəb sahələrdə iştirakına köməklik göstərmək lazımdır - AİB-in vitse-prezidenti

İqtisadiyyat Materials 3 May 2024 18:00 (UTC +04:00)
Özəl sektorun daha mürəkkəb sahələrdə iştirakına köməklik göstərmək lazımdır - AİB-in vitse-prezidenti
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Tbilisi. Trend:

Özəl sektorun daha mürəkkəb sahələrdə iştirakına kömək göstərmək lazımdır.

Trend xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (AİB) bazar həlləri üzrə vitse-prezident, AİB Bharqav Dasqupta Tbilisidə AİB-in illik toplantıları çərçivəsində keçirilən "AİB-in yol xəritəsi, 2030 strategiyasının yenilənməsi" mövzusunda keçirilən panel müzakirəsində çıxışında deyib.

"Özəl sektora dəstək əlimizdə olan xeyriyyə kapitalının, qrant fondlarının, bütün mənbələrdən əldə etdiyimiz güzəştli kapitalın hesabına həyata keçirilməlidir. Özəl sektorun bu gün kommersiya baxımından həyat qabiliyyətli olmayan bir sıra mürəkkəb sahələrdə iştirak edə bilməsi üçün bu bizə lazımdır. Lakin bunun lazımi sürətlə baş verməsi üçün biz məhz bu rolu oynamalıyıq. Bunu mümkün qədər tez bir zamanda aktivləşdirməyə çalışmalıyıq", - o deyib.

Qeyd edək ki, 2-5 may tarixləri ərzində keçirilən 57-ci illik toplantının mövzusu "Gələcəyə Körpü"dür.

İdarəedicilər Şurasının ilk iclası mayın 4-də baş tutacaq. Bununla illik toplantının rəsmi başlanğıcının açılışı olacaq. Bu, ev sahibi ölkədən fəxri qonaqların iştirak etdiyi tədbirdir. AİB prezidenti Masatsuqu Asakava və Gürcüstanın maliyyə naziri, eləcə də, AİB Rəhbərlər Şurasının sədri Laşa Xutişvili bəyanatlarla çıxış edəcəklər.

İllik toplantı AİB-in İdarəedicilərinə Asiya-Sakit Okean regionunun üzləşdiyi inkişaf məsələləri və çağırışları nəzərdən keçirmək imkanı verir. Görüşdə mütəmadi olaraq bir neçə min iştirakçı, o cümlədən, maliyyə nazirləri, mərkəzi bankların rəhbərləri, yüksək vəzifəli dövlət rəsmiləri, özəl sektorun nümayəndələri, beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri, gənclər, elm və media nümayəndələri iştirak edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti