...

Lopetegi üçün “Vest Hem” variantı

İdman Materials 4 May 2024 08:30 (UTC +04:00)
Lopetegi üçün “Vest Hem” variantı

Bakı. Trend:

“Vest Hem” ispaniyalı mütəxəssis Xulen Lopetegini baş məşqçi təyin edə bilər.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, İngiltərə mətbuatında tərəflərin ilkin danışıqlar aparması barədə məlumat yer alıb.

London klubu yekun qərarı mövsümün sonunda hazırki baş məşqçi Devid Moyeslə müzakirələrdən sonra verəcək. Klubun Direktorlar Şurası namizəd mütəxəssislər arasında seçim edəcək.

Qeyd edək ki, Lopetegi “Milan”ın da baş məşqçi vəzifəsinə namizəddir.

Xəbər lenti

Xəbər lenti