...

Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını artırıblar

Dünya xəbərləri Materials 4 May 2024 07:18 (UTC +04:00)
Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını artırıblar

Bakı. Trend:

“World Gold Council”ın (WGC) ilkin dəyərləndirməsinə görə, dünyanın mərkəzi bankları mart ayında ümumi qızıl ehtiyatlarını 15,7 ton artırıblar. Dünya üzrə mərkəzi banklar tərəfindən, ümumilikdə, 40,4 ton alış, 24,7 ton satış qeydə alınıb.

Trend xəbər verir ki, ən iri satıcı Özbəkistan olub – 10,9 ton. Tailand öz ehtiyatlarını 9,6 ton azaldıb. Lakin bu, qızıl haqq-hesabının başqa formatına keçidlə bağlıdır. Əsas satıcılar arasında İordaniya da (3,7 ton) yer alıb.

Ən iri alıcılar Türkiyə (14,1 ton), Hindistan (5,1 ton), Çin (5 ton), Qazaxıstan, Sinqapur (hərəyə 4,5 ton) və Rusiya (3,1 ton) olub.

Xəbər lenti

Xəbər lenti