...

Rusiya Azərbaycan və Ermənistan XİN rəhbərlərini öz platformasında qəbul etməyə hazırdır - Zaxarova

Siyasət Materials 26 Oktyabr 2023 17:26 (UTC +04:00)
Rusiya Azərbaycan və Ermənistan XİN rəhbərlərini öz platformasında qəbul etməyə hazırdır - Zaxarova
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

İrəvan siyasi iradə nümayiş etdirərsə, Rusiya, əvvəlki kimi, Azərbaycan və Ermənistanın xarici işlər nazirlərini tam formada üçtərəfli sammitə keçid perspektivi ilə öz platformasında qəbul etməyə hazırdır.

Trend xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova həftəlik brifinqdə deyib.

"İrəvanın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında Qərbin vasitəçiliyinə əsaslanmasının yanlışlığı, üçtərəfli razılaşmalar kompleksinin reallaşmasını dolaşığa salma cəhdləri getdikcə daha aydın görünür", deyə o əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti