...

BƏƏ Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Siyasət Materials 13 Fevral 2024 20:15 (UTC +04:00)
BƏƏ Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Trend xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Azərbaycan Respublikasının Prezidenti seçkilərində qələbəniz münasibətilə Zati-alinizə səmimi təbriklərimi və ən xoş arzularımı bildirməkdən məmnunam.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan Respublikasının hökumətinə və xalqına tərəqqi və firavanlıq arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti