Bakı. Trend:
AŞPA Azərbaycana qarşı qərəzli mövqe sərgiləyir.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev XI Qlobal Bakı Forumu çərçivəsində keçirilən“Parçalanmış dünyanın bərpası” mövzusunda birinci panel iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, AŞPA islamofobiyanı təşviq edir.
“Azərbaycan stabil region qurulması üçün çalışır”,- deyə H.Hacıyev bildirib.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu keçirilir.
Tədbirdə 400-ə yaxın dünyaca məşhur peşəkar, eləcə də keçmiş və hazırki dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları iştirak edir.