Bakı. Trend:
Türkiyə və Azərbaycan həmişə bir millət, iki dövlət anlayışı ilə hərəkət edib.
Trend xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.
"Türkiyə və Azərbaycan hər zaman bir millət, iki dövlət anlayışı ilə hərəkət ediblər. Bundan sonra yaxşı gündə də, pis gündə də bir yerdə olmağa davam edəcəklər.
İnanıram ki, qarşıdakı dövrdə də iki ölkənin qardaşlığı və dostluğu üçün yaxından işləməyə davam edəcəyik. Dəyərli qardaşım cənab Bayramova bir daha təşəkkür edirəm. İlk fürsətdə Azərbaycana səfər edəcəyəm", o qeyd edib.
H.Fidan Azərbaycan və Ermənistan arasında normallaşma prosesini müzakirə etdiklərini bildirib və Azərbaycan və Türkiyənin regionda sülhün bərqərar olması üçün birgə addımlar atmağa davam edəcəklərini qeyd edib.
Qeyd edək ki, C.Bayramov Ankarada işgüzar səfərdədir.