...

UKRAYNALI DİPLOMAT MÜXALİFƏTİN ONUN BƏYANATINI DÜZGÜN BAŞA DÜŞÜLMƏMƏSİNDƏN TƏƏSSÜFLƏNDİYİNİ BİLDİRİR

Siyasət Materials 19 Avqust 2005 18:28 (UTC +04:00)

Ukraynanın Azərbaycandakı səfirliyi Azərbaycan cəmiyyətində müxalifətin mühüm rol oynadığı demokratikləşmə proseslərinin inkişafını dəstəkləyir. Bu barədə Ukraynanın Azərbaycandakı müvəqqəti işlər vəkili İqor Kezima Trend ə verdiyi müsahibəsində "Azadlıq" blokunun səfirliyin Azərbaycan müxalifətinə qarşı "düşmənçilik" mövqeyindən çıxış etməsi barədə bəyanatını şərh edərkən bildirib.

Ukraynalı diplomat belə bəyanatlar üçün əsas görmür. O əmin olduğunu bildirib ki, Azərbaycanda qarşıdakı parlament seçkiləri açıq, azad və demokratik keçəcək ki, bu da müxalifət partiyalarının reytinqinin artdığını təsdiqləyəcək.

Diplomat yaranmış anlaşılmamazlığı qeyri-dəqiqlik və məlumatın seçilərək verilməsi ilə izah edib.

"Azadlıq" bloku Ukraynanın XİN-nə avqustun 17-də mətbuat konfransında çıxış edən "Ukraynanın Azərbaycandakı müvəqqəti işlər vəkilinin qeyri-diplomatik jest və bəyanatları ilə" əlaqədar etiraz notası göndərmək niyyətindədir. Bu barədə Trend ə AXC(İ)P-nın sədrinin müavini Bahəddin Həziyev məlumat verib.

Xəbər lenti

Xəbər lenti