...

Azərbaycan prezidenti Türkiyə rəhbərliyi və xalqına keçmiş baş nazir Bülənt Əcəvitin vəfatı ilə əlaqədar başsağlığı verib

Siyasət Materials 6 Noyabr 2006 17:00 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev Türkiyə rəhbərliyi və xalqına keçmiş baş nazir Bülənt Əcəvitin vəfatı ilə əlaqədar başsağlığı verib.

Dövlət başçısının məktubunda deyilir: "B.Əcəvit bütün həyatı boyu türk və türkdilli xalqların yüksəlişi uğrunda fədakarlıqla çalışıb, Azərbaycan və Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin möhkəmlənməsinə əhəmiyyətli töhfə verib". İlham Əliyev Türkiyə prezidenti Əhməd Necdət Sezərə, ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğana, o cümlədən keçmiş baş nazirin xanımı Rəhşan Əcəvitə Türkiyənin görkəmli dövlət və siyasi xadiminin vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verib.

Xəbər lenti

Xəbər lenti