Azərbaycan, Bakı, 6 iyun /Trend/
Sabah Azərbaycanda hava yağmurlu olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən bazar ertəsi Trend-ə verilən məlumata görə, iyunun 7-də respublikanın rayonlarında əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var. Mülayim qərb küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək.
Havanın temperaturu gecə 14-19, gündüz 25-30, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə təşkil edəcək.
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsasək.
Havanın temperaturu gecə 15-20, gündüz 24-28 dərəcə təşkil edəcək.
Hidrometeroloqlar xəbər verirlər ki, yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi əksər meteohəssas insanlar üçün əlverişlidir.