...

Azərbaycanda miqrasiya orqanlarına qulluğa qəbulla əlaqədar müsabiqə elan edilib

Cəmiyyət Materials 26 Sentyabr 2011 17:12 (UTC +04:00)
Dövlət Miqrasiya Xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyənlər üçün sentyabrın 26-dan oktyabrın 26-dək sənəd qəbulu aparılacaq.
Azərbaycanda miqrasiya orqanlarına qulluğa qəbulla əlaqədar müsabiqə elan edilib

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda miqrasiya orqanlarına qulluğa qəbulla əlaqədar növbəti müsabiqə elan edilib.

Dövlət Miqrasiya Xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyənlər üçün sentyabrın 26-dan oktyabrın 26-dək sənəd qəbulu aparılacaq.

Müsabiqə 55 vakant vəzifə üçün elan edilib.

Müsabiqəyə Dövlət Miqrasiya Xidmətinin Aparatı üzrə 15, Dövlət Miqrasiya Xidmətinin strukturuna daxil olan qurumlar üzrə 40 vakant yer çıxarılıb.

Müsabiqəyə sənədlərin qəbulu müvafiq ərizə formasında aparılır. İştirak etmək istəyən vətəndaşlar tələblərə cavab verdikləri halda göstərilən müddət ərzində müvafiq ərizə formasını doldurmalı və qanunvericilikdə nəzərdə tutulmuş digər sənədləri Dövlət Miqrasiya Xidmətinin Aparatının inzibati binasına təqdim etməlidirlər.

Müsabiqə zamanı sənədlərini təqdim edən namizədlər ixtisas imtahanına hazırlaşmaq üçün həftənin I-V günləri saat 10:00-dan 16:00-dək (saat 13:00-dan 14:00-dək istisna olmaqla) Dövlət Miqrasiya Xidmətinə müraciət edə və ya telefon vasitəsilə əlaqə saxlaya bilərlər.

Xəbər lenti

Xəbər lenti