...

Böyük İpək Yolu Beynəlxalq Gənclər İttifaqı İranda baş vermiş zəlzələ qurbanlarının yaxınlarına başsağlığı verib

Cəmiyyət Materials 13 Avqust 2012 14:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 avqust /Trend/

Böyük İpək Yolu Beynəlxalq Gənclər İttifaqı İranın Azərbaycan bölgəsində baş vermiş güclü zəlzələ nəticəsində həyatını itirmiş şəxslərin ailələrinə başsağlığı verir, zəlzələ zamanı yaralananların tezliklə şəfa tapmasını arzulayır.

"Qonşu ölkədə baş vermiş bu fəlakət bizləri kədərləndirir. Biz gənclər olaraq bu təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün əlimizdən gələn köməyi göstərməyə hazırıq", - təşkilatdan Trend-ə verilən məlumatda deyilir.

Qeyd edək ki, Böyük İpək Yolu Beynəlxalq Gənclər İttifaqı bu il iyun ayının 27-də təsis olunub, 25 ölkənin gənclərini özündə birləşdirir. Bundan başqa təşkilat mədəniyyətlərarası dialoq, gənclərin sosiallaşması və digər sahələrdə layihələr həyata keçirəcək. Təşkilatın sədri millət vəkili Fuad Muradovdur.

Xəbər lenti

Xəbər lenti