...

Sosial xidmətlər üzrə yeni layihənin təqdimatı olub (FOTO)

Cəmiyyət Materials 19 Mart 2013 15:49 (UTC +04:00)
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində uşaqların dövlət müəssisələrinə düşməsinin qarşısının alınması üzrə Qeyt-kipinq mexanizminin tətbiqi ilə bağlı təqdimat olub.
Sosial xidmətlər üzrə yeni layihənin təqdimatı olub (FOTO)

Azərbaycan, Bakı, 19 mart /Trend/

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində uşaqların dövlət müəssisələrinə düşməsinin qarşısının alınması üzrə Qeyt-kipinq mexanizminin tətbiqi ilə bağlı təqdimat olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidentinin 29 mart 2006-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı"na uyğun olaraq, sağlamlıq imkanları məhdud uşaqların dövlət sosial xidmət müəssisələrinə düşməməsi üçün onlara müvafiq reabilitasiya xidmətlərinin göstərilməsini nəzərdə tutan layihə 2012-ci ilin aprel-sentyabr aylarında nazirliyin dəstəyi ilə Azərbaycana Birgə Yardım Təşkilatı (UAFA) tərəfindən icra edilib.

Layihənin məqsədi Xaçmaz və Bakının Yasamal rayonlarında risk qrupuna aid olan ailələrlə sosial işin aparılması, bu sahədə işləyən sosial işçilərin ailələrə dəstək xidmətləri üzrə beynəlxalq təcrübə əsasında bilik və bacarıqlarının artırılmasıdır.

Qeyd edək ki, dövlət başçısının 9 yanvar 2013-cü il tarixli sərəncamına əsasən, sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər görülməsi məqsədilə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ilkin olaraq 2 (iki) milyon manat vəsaitin ayrılması bu sahədə işlərin görülməsi üçün mühüm stimul olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti