...

Yaxın günlərdə daha 30 nəfər əlil Ukraynaya bərpa müalicəsinə göndəriləcək

Cəmiyyət Materials 22 İyul 2013 12:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 iyul /Trend/

"2013-cü ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı"na uyğun olaraq, yaxın günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 30 nəfər əlil 28 günlük müddətə Ukraynanın Krım vilayətinin Saki şəhərindəki N.Burdenko adına Onurğa-beyin sistemi zədələnmiş xəstələr üçün ixtisaslaşmış müalicə mərkəzinə yola salınacaq.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, cari ilin ötən dövründə həmin müalicə mərkəzində 35 nəfər, Latviyaın Yurmala şəhərində yerləşən "Vaivari" sanatoriyasında isə 30 nəfər əlil vətəndaşın bərpa müalicəsi təşkil olunub.

Hər iki ixtisaslaşmış müalicə mərkəzi səmərəli fizioterapevtik müalicə üsulları ilə məşhurdur və onlarda aparılan müalicə kursu əlillərin səhhətində yaxşılaşmaya səbəb olur. Bərpa müalicəsinə göndərilən əlillərin əksəriyyəti ölkəmizin ərazi bütövlüyü və Konstitusiya quruluşu uğrunda döyüşlərdə fiziki sağlamlığını itirmiş insanlardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti