Bakı. Trend:
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı vitse-admiral Sübhan Bəkirov Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dəniz Qüvvələri Komandanlığının dəvəti ilə bu ölkədə səfərdədir.
Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, vitse-admiral S.Bəkirov ABŞ-ın Nyuport şəhərində
90 ölkənin HDQ komandanları ilə yanaşı, müxtəlif mühüm dəniz
təşkilatlarının iştirakı ilə keçiriləcək 25-ci Beynəlxalq Dəniz
Gücü Simpoziumunda iştirak edəcək.
Tədbirin keçirilməsində əsas məqsəd dəniz nəqliyyatında Hərbi Dəniz
Qüvvələri ilə mülki dəniz təşkilatları arasında naviqasiya
təhlükəsizliyinin təmin edilməsi, həmçinin baş verə biləcək
təhdidlərə qarşı birgə mübarizənin təşkili mövzuları üzrə
müzakirələrin aparılmasıdır.