...

Kommunal strukturlar gücləndirilmiş iş rejimində çalışıblar - BŞİH (FOTO)

Cəmiyyət Materials 14 Yanvar 2024 12:11 (UTC +04:00)
Kommunal strukturlar gücləndirilmiş iş rejimində çalışıblar - BŞİH (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün gecə saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal strukturları və aidiyyəti qurumlar xüsusi, gücləndirilmiş iş rejimində çalışıblar.

Bakı Şəhər İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, səhərə kimi xidmətlər yağan qarın küçə, prospekt və piyada səkilərindən, avtobus dayanacaqları və metro stansiyalarının qarşısından təmizlənməsini aparıblar.

Şaxtalı hava şəraitində qarın təmizlənməsi və xüsusi təyinatlı texnika vasitəsi ilə yollara duz səpilməsi həyata keçirilib. İşlər səhər saat 05-00-dan etibarən daha da intensivləşib. Bütün gecə ərzində Bakı Şəhər və Rayon İcra Hakimiyyətlərin rəhbər nümayəndələri ərazilərdə olub və aparılan işləri nəzarətdə saxlayıblar.

Təmizləmə işləri mərkəzlə yanaşı Bakıətrafı qəsəbə və yaşayış massivlərində də aparlır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti