Bakı. Trend:
2023-cü il ərzində respublika üzrə qeydə alınan yol-nəqliyyat hadisələrinin sayı ötən illə müqayisədə 1,9 faiz azalaraq 1636 olub.
Trend xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Qeyd edilib ki, onlardan 941-i, başqa sözlə, 57.5 faizi sutkanın gecə və alatoranlıq vaxtında baş verib ki, nəticədə 591 nəfər həyatını itirib, 718 nəfər isə yaralanıb.
"Qəzaların 649-u piyada vurma hadisəsi ilə bağlıdır ki, bu da ümumi yol-nəqliyyat hadisələrinin 39.7 faizini təşkil edir. Piyadaların vurulması ilə nəticələnən qəzaların mütləq əksəriyyəti də məhz sutkanın qaranlıq vaxtı, yaxud məhdudiyyətli görünmə şəraitində baş verib", - məlumatda deyilir.