Bakı. Trend:
2024-cü ilin yanvar-fevral aylarında sərnişinlərin 95,4 faizi avtobus, 4,6 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 9,1 faiz, sərnişin dövriyyəsi isə 9,4 faiz artıb. Metro nəqliyyatının xidmətlərindən istifadə edən sərnişinlərin sayı 4,0 faiz artaraq 35,1 milyon nəfər olub.
Trend-in Dövlət Statistika Komitəsinin cari ilin yanvar-fevral ayları üzrə hesabatına istinadən xəbərinə görə, qeyd olunan dövrdə nəqliyyatçılar 294,4 milyon sərnişinə xidmət göstərib.
Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında ümumi olaraq sərnişinlərin 87,5 faizi avtomobil nəqliyyatı, 11,9 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.