...

Bərdədə "Belarus" yandı - Xəsarət alan var

Cəmiyyət Materials 29 İyun 2024 13:52 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bərdədə traktor yanıb.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bərdə rayonunun Birinci Qaradəmirçi kəndində "Belarus" markalı traktorun qoşqusuna yığılan 2 ton ot bağlamasının 0,5 tonu yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Ot bağlamalarının qalan hissəsi və ətraf ərazilər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti