...

AVRO-2024: Son çempiondan vida, İsveçrə 1/4 finalda (VİDEO)

İdman Materials 29 İyun 2024 22:01 (UTC +04:00)
AVRO-2024: Son çempiondan vida, İsveçrə 1/4 finalda (VİDEO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün AVRO-2024-də pley-off mərhələsinə start verilib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, 1/8 finalın ilk günündə iki matç keçirilib.

Mərhələnin ilk qarşılaşmasında Berlində son çempion İtaliya İsveçrəni sınağa çəkib. Qrup mərhələsini məğlubiyyətsiz başa vuran "saatlar ölkəsi" təmsilçiləri seriyanı davam etdiriblər. Hər hissədə İtaliyanın qapısına 1 qol vuran İsveçrə 1/4 finala vəsiqə qazanıb. Avropa çempionu isə turnirlə erkən vidalaşıb.

Qeyd edək ki, bu gün 1/8 finalın daha bir matçı baş tutacaq. Almaniya Danimarka ilə üz-üzə gələcək.

AVRO-2024
1/8 final
29 iyun
20:00. İsveçrə - İtaliya - 2:0
Qollar:
Remo Freuler, 37. Ruben Varqas, 46
Baş hakim: Şimon Marçinyak (Polşa)
Berlin Olimpiya Stadionu

Xəbər lenti

Xəbər lenti