...

“Neftçi” “Qəbələ”nin yetirməsini transfer edib

İdman Materials 30 İyun 2024 00:46 (UTC +04:00)
“Neftçi” “Qəbələ”nin yetirməsini transfer edib

Bakı. Trend:

“Neftçi” daha bir transferini rəsmiləşdirib.

Klubdan Trend-ə verilən məlumata görə, Azərbaycan millisinin üzvü Emil Səfərovla 3 illik müqavilə imzalanıb.

“Qəbələ”nin yetirməsi olan 21 yaşlı yarımmüdafiəçi 2021-ci ildən bu komandanın şərəfini qoruyub və 2023-cü ildə Azərbaycan Kubokunun qalibi olub. O, milli komandanın heyətində 4 oyunda meydana çıxıb.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl monteneqrolu yarımmüdafiəçi Edvin Kuçu heyətinə qatıb.

Xəbər lenti

Xəbər lenti