...

Sərbəst güləş yığmamız 1 qızıl, 1 gümüş və 2 bürünc qazanıb

İdman Materials 30 İyun 2024 00:02 (UTC +04:00)
Sərbəst güləş yığmamız 1 qızıl, 1 gümüş və 2 bürünc qazanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Serbiyanın Novi Sad şəhərində keçirilən güləş üzrə U-17 Avropa çempionatı davam edir.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Azərbaycanın 5 sərbəst güləşçisi medal uğrunda mübarizə aparıb.

İsa Yusibov (65 kq) finalda Yasin Bersanukayevlə (AİN) qarşılaşıb. Güləşçimiz 3:1 hesabı ilə qalib gələrək, Avropa çempionu olub.

Muxamad Qantemirov (110 kq) həlledici görüşdə Movsar Saydulayevlə (AİN) gücünü sınayıb. Qarşılaşma 1:1 hesabı ilə başa çatsa da rəqib idmançı sonuncu xal prinsipinə görə qalib elan olunub. Muxamad çempionatı gümüş medalla başa vurub.

48 kq çəki dərəcəsində yarışan Hacıhüseyn Hüseynov bürünc uğrunda Vladislav Lisitsa (AİN) ilə mübarizə aparıb. Tam üstünlüklə qalib gələn güləşçimiz çempionatı 3-cü pillədə başa vurub.

Hüseyn Hüseynov (55 kq) da bürünc qazanmaq şansını qaçırmayıb. O, 3-cü yer uğrunda görüşdə Artyom Pavluçenkaya (AİN) qalib gəlib.

Xəbər lenti

Xəbər lenti