...

Azərbaycan Cənubi Qafqazda sabitliyin qorunması istiqamətində fəal iş aparır - Azər Qarayev

Siyasət Materials 29 İyun 2024 20:30 (UTC +04:00)
Azərbaycan Cənubi Qafqazda sabitliyin qorunması istiqamətində fəal iş aparır - Azər Qarayev
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Dünən Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn arasında mühüm bir görüş keçirildi. Bu görüş, iki ölkə arasındakı strateji əməkdaşlığın daha da dərinləşməsinə və regional sabitliyin təmin olunmasına yönəlmiş önəmli bir addım oldu.

Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.

Onun sözlərinə görə, görüş zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rol, iki ölkə arasında enerji sahəsində əməkdaşlıq və COP29 çərçivəsində keçirilən səmərəli məsləhətləşmələr müzakirə edildi. COP29-un uğurla nəticələnməsi üçün ABŞ-ın dəstəyinin davam edəcəyi də vurğulandı.

"Azərbaycanın uğurlu xarici siyasəti ölkənin beynəlxalq arenada artan nüfuzu və strateji əhəmiyyətini daha da möhkəmləndirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan, regional və qlobal sülhün təminatında mühüm rol oynayır. Azərbaycan Cənubi Qafqaz regionunda sabitliyin qorunması və regional əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində fəal iş aparır.

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Ermənistan ilə sülh istiqamətində təşəbbüslərini davam etdirir. ABŞ və digərləri də Azərbaycan bu sülh təşəbbüslərini dəstəkləməli və beynəlxalq ictimaiyyətin iştirakı ilə regionda davamlı sülhün təmin olunması istiqamətində mühüm addımlar atmalıdırlar", - deyə o, əlavə edib.

A.Qarayev bildirib ki, Azərbaycanın xarici siyasətində əsas prioritetlərdən biri də beynəlxalq təşkilatlar və qlobal tərəfdaşlarla əməkdaşlığın möhkəmləndirilməsidir.

"Bu çərçivədə, BMT, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq, ölkənin qlobal məsələlərdəki mövqeyini daha da gücləndirir.

Azərbaycan Prezidenti və ABŞ Dövlət katibinin köməkçisi arasında keçirilən bu görüş, iki ölkə arasında mövcud əməkdaşlığın daha da dərinləşməsinə və regional sülh və sabitliyin təmin olunmasına yönəlmiş mühüm bir addımdır. Bu görüşün nəticələri, Azərbaycan-ABŞ münasibətlərinin inkişafına və regionda davamlı sülhün bərqərar olmasına töhfə verəcəkdir", - deyə A.Qarayev əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti