...

Astarada qəsdən adam öldürmə faktına görə cinayət işi başlanıb

Hadisə Materials 30 İyun 2024 00:07 (UTC +04:00)

Bakı. Trend:

İyunun 29-da saat 21 radələrində Astara rayonunun Şüvi kəndi ərazisində 1967- ci il təvəllüdlü Namik Əhmədovun odlu silahdan açılmış atəş nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Astara rayon prokurorluğundan Trend-ə bildirilib ki, araşdırmalarla Astara rayonu Şüvi kənd sakini, 1983-cü təvəllüdlü Bəşir İsrafilovun aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Namik Əhmədovu odlu silahdan atəş açaraq qəsdən öldürməsi, daha sonra isə həmin silahla özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Bəşir İsrafilov xəstəxanaya yerləşdirilib və polis mühafizəsi altında saxlanmaqla ona tibbi yardım göstərilir.

Xəbər lenti

Xəbər lenti