...

Qaxda ağır yol qəzası nəticəsində 3 nəfər ölüb

Hadisə Materials 29 İyun 2024 23:23 (UTC +04:00)

Bakı. Trend:

Qaxda baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində 3 nəfər ölüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə bildirilib ki, iyunun 29-da saat 20 radələrində Qax rayonu ərazisində “Ford” və “VAZ-21015” markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində “VAZ”ın sürücüsü, 35 yaşlı Həbib Qurbanov, eləcə də həmin nəqliyyat vasitəsindəki sərnişinlər; 1962-ci il təvəllüdlü Gülnarə Qurbanova və 1989-cu il təvəllüdlü Aygün Qurbanova aldıqları xəsarətlərdən vəfat ediblər.

Həmçinin, digər avtomobilin sürücüsü Fərid Abdullayev və hər iki nəqliyyat vasitəsində olan 6 sərnişin xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Xəbər lenti

Xəbər lenti