...

Şamaxıda qarpız dolu yük maşını dərəyə aşdı - Yaralılar var

Cəmiyyət Materials 29 İyun 2024 14:10 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Şamaxıda yol qəzası baş verib.

Trend xəbər verir ki, hadisə bu gün günorta saatlarında Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunda qeydə alınıb.

İlkin məlumata görə, Kürdəmirdən Şamaxı istiqamətində hərəkətdə olan yük avtomobili yoldan çıxaraq aşıb və dərəyə yuvarlanıb.

Qəza nəticəsində qarpız dolu yük avtomobili yararsız hala düşüb.

Hadisədən sonra müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü və sərnişin Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti