Bakı. Trend:
"Dərnəgül" stansiyasında maşinist monitorunda qapıların bağlanmaması işarə sistemi işə düşüb. Maşinist vaqon qapısını yoxladaqdan sonra idarəetmə sistemini yanlışlıq göstərdiyi üçün əlavə texniki baxış keçirilməsi zərurəti yaranıb.
Bakı metropolitenindən Trend-ə verilən məlumata görə, xətdə hərəkətin təşkilinə maneə yararmamaq üçün həmin qata digər, qatarların hərəkət etmədiyi stansiya yoluna keçirilib. Əlavə baxış keçirilib və proqram təminatı yenidən yoxlanılıb.
“Ümumən intervaldan əlavə 4 dəqiqə yubanma yaranıb”, - məlumatda qeyd olunur.
Məlumata görə, qatar baxış keçirildikdən sonra hər hansısa problem müəyyən olunmadığı üçün yoluna davam edib.
xxx
08:52
Bakı metropolitenində qatarların "Həzi Aslanov" metro stansiyası istiqamətində hərəkətində gecikmə olub.
Trend xəbər verir ki, hazırda qatarların hərəkəti bərpa olunub, lakin fasilə yarandığından sərnişinlərin həddən artıq sıxlığı müşahidə olunur.
xxx
08:34
Bakı metropolitenində qatarların "Həzi Aslanov" metro stansiyası istiqamətində hərəkətində gecikmə var.
Trend-in mılumatına görə, 8 dəqiqədən çoxdur ki, qatar stansiyaya gəlmir.
Buna görə də sərnişinlərin stansiyalarda sıxlığı yaranıb.