Bakı. Trend:
Paytaxtda gənc faciəli ölümdən son anda qurtulub. Həmin şəxsin məşhur müğənni Mətin Hüseynzadə (MadTeen) olduğu bildirilir.
Trend xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlardan aydın görünür ki, idarəetmədən çıxan taksi avtomobili yolun kənarında sexdə dayanan minik avtomobilinə çırpılıb.
Bu an onun üzərinə gələn avtomobildən xəbərsiz olan müğənni qeyri-ixtiyari yerini dəyişib və faciədən son anda xilas olub.
Hadisə anbaan təhlükəsizlik kamerasına düşüb.
Sözügedən görüntüləri təqdim edirik: