Bakı. Trend:
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 20-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat, 1 qumbara, 4 tüfəng, 4 patron darağı və müxtəlif çaplı 39 patron təhvil götürüblər.
Həmçinin polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 2 tüfəng aşkar edilərək götürülüb.