...

Azərbaycanda xaricdə təhsil almış neçə həkim işləyir? - AÇIQLAMA

Cəmiyyət Materials 6 Mart 2025 18:18 (UTC +04:00)
Azərbaycanda xaricdə təhsil almış neçə həkim işləyir? - AÇIQLAMA
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda TƏBİB tabeli tibb müəssisələrində xaricdə təhsil almış 1345 nəfər tibb işçisi çalışır.

Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması məqsədilə “Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2024-cü illər üçün Proqram” çərçivəsində isə TƏBİB tabeli tibb müəssisələrinə ümumilikdə 134 nəfər xaricdə təhsil almış həkim-mütəxəssis cəlb edilib.

Qeyd edək ki, xaricdə təhsil almış və orada çalışan həkimlərin ölkədə, eyni zamanda regionlardaki xəstəxanalarda işləməyə cəlb edilməsi ilə bağlı TƏBİB tərəfindən işlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti