...

Sabah hava necə olacaq?

Cəmiyyət Materials 27 Mart 2025 12:06 (UTC +04:00)
Sabah hava necə olacaq?
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, səhər yarımadanın bəzi yerlərində duman, az çiskin. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə +5 dərəcədən +8 dərəcəyədək, gündüz +13 dərəcədən +17 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə +4 dərəcədən +8 dərəcəyədək , gündüz 17 dərəcədən +21 dərəcəyədək, dağlarda gecə -3 dərəcədən +2 dərəcəyədək, gündüz 8 dərəcədən +13 dərəcəyədək olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti