Azərbaycan, Bakı /müxbir. Trend Z.Səfərov/ "Mənim ən böyük məyusluğum Rimas Kurtinaytisdır". Bu barədə "Ural-Qreyt"in prezidenti Serqey Belov, az vaxtda Azərbaycan yığmasının məsləhətçisi, permlilərin məşqçisi vəzifəsində olan Litva mütəxəssisininin qısa müddətli məşqçilik dövrünü şərh edərkən bəyan edib. Klubun rəsmi saytına əsasən Trend in verdiyi məlumata görə, A.Belov etiraf edib ki, o, Riması idmançı və insan kimi çoxdan tanıyır. "Üç il onunla işləməyə hazırlaşırdım. Amma heç vaxt fikirləşmirdim ki , o, oyunçuları tapdalaya və alçalda bilər. Mən indiyədək onları normal psixoloji hala gətirə bilmirəm", - deyə S .Belov bəyan edib.
Qeyd edək ki , R.Kurtinaytisdən əvvəl "Ural-Qreyt" Rusiya superliqasında uğursuz başlanğıc götürüb və FİBA Kubokunda elə ilk mərhələlərdə döyüşdən çıxıb, bundan sonra permlilərin rəhbərliyi mütəxəssislə ayrılmaq qərarını verib.