...

Gəncədə narkotik maddələrdən istifadə halları artıb

Cəmiyyət Materials 9 İyul 2007 17:37 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend , müxbir V.Məmmədov/ Yanvar-iyul aylarında Gəncə şəhər Narkoloji Dispanserində 40 xəstə qeydiyyata düşüb. Ötən ilin müvafiq dövründə isə cəmi 33 xəstə qeydiyyata alınıb. Hazırda dispanserdə qeydiyyatda ümumilikdə 380 xəstə var. Onlar əsasən 25-40 yaş həddindədirlər.

Bu barədə bazar ertəsi Gəncə şəhər Narkoloji Dispanserinin baş həkimi Sahil İsmayılov məlumat verib. Onun sözlərinə görə, bu il qeydə alınan xəstələrdən 16-sı xroniki alkoqol, 28-i narkotik maddə aludəçisi, 6-sı isə narkotik vasitələrlə əlaqədar məhkum edilənlərdir. Baş həkim bildirib ki, narkoloji xəstələrin sayı həqiqətdə qeydiyyata alınandan azı iki dəfə çoxdur.

Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti