Bakı. Trend:
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun daha iki oyunu keçirilib.
Trend-in məlumatına görə, günün ilk matçında “Sumqayıt” “Turan Tovuz”u qəbul edib.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda oynanılan görüşdə hesab açılmayıb.
Hazırda “gənclik şəhəri” təmsilçisi 36 xalla 2-ci, Tovuz klubu 30 xalla 8-ci pillədə yer alıb.
Günün ikinci oyunu “Neftçi” və “Zirə” komandaları arasında olub. “Neftçi Arena”da gerçəkləşən matç meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 11-ci dəqiqədə Ervin Koffi vurub.
Bu nəticədən sonra xallarını 35-ə çatdıran "ağ-qaralar" 3-cü sırada qərarlaşıb. 32 xala malik "qartallar" isə dördüncüdür.