...

İnanırıq ki, lisenziyanı əldə edəcəyik - Ramiz Məmmədov (MÜSAHİBƏ)

İdman Materials 23 May 2024 16:52 (UTC +04:00)

Bakı. Trend:

“Şamaxı” futbol klubunun baş məşqçisi Ramiz Məmmədovun İdman.bizə müsahibə verib.

Trend İdman.biz-ə istinadən müsahibəni təqdim edir:

- I Liqada mövsümü çempion kimi bitirdiniz. İli necə dəyərləndirərdiniz?

- Bu, hamımızın zəhmətinin bəhrəsi idi. Çempion olduğumuz üçün çox sevincliyik. Bizə dəstək olan hər kəsə ayrı-ayrılıqda təşəkkür edirik. Ümid edirik ki, uğurun davamı gələcək.

- Mövsümdə hansı oyunu fərqləndirərdiniz və hansı komanda sizə “diş” göstərdi?

- Fikrimcə, fərqlənən oyunlar oldu. Səfərdə “Qaradağ Lökbatan”la matçı deyərdim. Bu matçda qazandığımız qələbə qızıl medallar əldə etməyimizə səbəb oldu.

- Yeni mövsümdə heyəti qoruyub saxlayacaqsınız, yoxsa artıq “qara siyahınız” hazırdır?

- Heyətin qorunub saxlanılması birbaşa rəhbərliklə bağlıdır. Bununla bağlı müzakirələr aparılacaq. Qərarın əksəriyyətini klub rəhbərliyi verəcək. Bütün bu proseslər məsləhətləşmə ilə olacaq.

- Aşağı liqa təmsilçilərinin lisenziyalaşdırılması ilə bağlı son qərar mayın 27-də veriləcək. AFFA-nın Lisenziya Komissiyasından gözləntiləriniz nədir?

- Bununla menecerimiz məşğuldur. İnanırıq ki, lisenziyanı əldə edəcəyik. Bu istiqamətdəki bütün gözləntilərimiz doğrulacaq. Hər şeyi zamana buraxıb, qərarı gözləməliyik.

- Əgər “Şamaxı”ya lisenziya verilsə, legionerlərin cəlb edilməsi nəzərdə tutulub, yoxsa yenə də yerli futbolçulara üstülünlük veriləcək?

- Bütün bu kimi məsələlər klub rəhbərliyinin qərarından asılı olacaq. Bu səbəbdən dəqiq nəsə deyə bilmərəm. Zamanı gəldiyi zaman açıqlayacağıq.

- Bəs əsas hədəf nədir?

- Premyer Liqada “Şamaxı”nı yuxarı pillələrə qaldırmaq və azarkeşlərimizi sevindirmək istəyirik.

Xəbər lenti

Xəbər lenti