...

SABAH qrupları müəllimlərin işə qəbulunu elan edib

Cəmiyyət Materials 25 İyun 2024 17:49 (UTC +04:00)
SABAH qrupları müəllimlərin işə qəbulunu elan edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

SABAH qrupları növbəti tədris ilində bakalvriat səviyyəsi üzrə müəllimlərin işə qəbulunu elan edib.

Bu barədə Trend-ə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən xəbər verilib.

Bildirilib ki, SABAH qrupları layihəsinin bakalavriat səviyyəsində 2024-2025-ci tədris ilinin payız semestrində tədris aparacaq professor-müəllim heyəti saathesabı qaydada işə dəvət olunub.

Müsabiqədə iştirak üçün son müraciət tarixi 30.06.2024-cü il, saat 23:59-dur.

Vakant fənlərin siyahısı və müraciət barədə ətraflı məlumat üçün https://sabah.edu.az/ ünvanına daxil olmaq mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti