...

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ EDİLDİ

Cəmiyyət Materials 25 İyun 2024 16:17 (UTC +04:00)
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ EDİLDİ
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İyunun 26-27-də ölkənin bəzi rayonlarında gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, əksər bölgələrdə sarı xəbərdarlığa uyğun olaraq küləyin sürətinın 13.9-20.7 m/san olacağı gözlənilir.

Tovuz, Şəmkir, Gəncə, Daşkəsən, Bərdə, Tərtər, Goranboy, Naftalan, Yevlax, Göyçay, Ordubad, Mingəçevir, Zərdab, Salyan, Sabirabad, Şirvan, Hacıqabul, Neftçala, Xızı, Qobustan, Cəbrayıl, Cəlilabad, Lənkəran rayonlarında isə narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 20.8-28.4 m/san təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında da iyunun 26-sı səhərdən 27-si səhərədək küləyin sürətinin narıncı xəbərdarlığa uyğun olaraq 20.8-28.4 m/san təşkil edəcəyi gözlənilir.

Belə küləkli hava şəraitində əhaliyə ehtiyatlı olmaları, təhlükəsizlik qaydalarına əməl etmələri tövsiyə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti