...

Prezident İlham Əliyev MN-in hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb

Siyasət Materials 25 İyun 2024 20:52 (UTC +04:00)
Prezident İlham Əliyev MN-in hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Trend xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:

“general-leytenant” hərbi rütbəsi

general-mayor Namiq Sərəfruz oğlu İslamzadəyə

“general-mayor” hərbi rütbəsi

polkovnik Həsən Əli oğlu Əlövsədova

polkovnik Vilayət Bərxuda oğlu Quluyevə".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti