...

Ayın görünməyən tərəfindən Yerə ilk dəfə torpaq gətirilib

Gündəm Materials 25 İyun 2024 13:44 (UTC +04:00)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

İyunun 25-də səhər saatlarında Çinin “Change-6” Ay zondu planetimizin təbii peykinin görünməyən tərəfindən toplanan torpaq nümunələrini Yerə çatdırıb.

Trend xəbər verir ki, zonddan paraşütlə atılan kapsul ÇXR-in Daxili Monqolustan əyalətində yerə enib. Ayın görünməyən tərəfindən toplanan torpaq nümunələrinin Yerə çatdırılması tarixdə ilk dəfədir baş tutur.

Xatırladaq ki, orbital, eniş, uçuş və qayıdış modullarından ibarət olan “Change-6” missiyası 53 gün davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti