...

Liviya sahillərində 973 miqrant saxlanılıb

Dünya xəbərləri Materials 25 İyun 2024 14:52 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Son bir həftə ərzində 973 miqrant Liviya sahillərində saxlanılaraq geri qaytarılıb.

Trend xəbər verir ki, buununla bağlı Beynəlxalq Miqrasiya Təşkilatı bəyanat yayıb.

Məlumata görə, Liviya sahillərində 12 miqrantın cəsədləri çıxarılıb. Bu il ərzində orada ümumilikdə 8754 miqrant yaxalanıb, 332 nəfər ölüb, 528 nəfər isə itkin düşüb.

2023-cü ildə tutularaq geri qaytarılan miqrantların ümumi sayı 17 190 nəfər olub.

Xəbər lenti

Xəbər lenti