...

Rəsmi Paris Ermənistanı silahlandırmaqla Cənubi Qafqazda xaos yaratmaq istəyir (VİDEOMÜSAHİBƏ)

Siyasət Materials 25 İyun 2024 14:26 (UTC +04:00)
Rəsmi Paris Ermənistanı silahlandırmaqla Cənubi Qafqazda xaos yaratmaq istəyir (VİDEOMÜSAHİBƏ)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Fransa əvvəl gizli gündəliklə fəaliyyət göstərirdisə, indi aşkar müstəviyə keçib.

Bunu Trend-ə açıqlamasında siyasi şərhçi Aqşin Kərimov deyib.

O bildirib ki, Fransa Ermənistan üçün təhlükəsizlik qarantiyası rolunu öz üzərinə götürməyə çalışır.

"Lakin onlar da bilir ki, Ermənistanı hüdudsuz şəkildə silahlandıra bilməz. Bunun da müxtəlif səbəbləri var.

Fransanın Ermənistanı silahlandırması strateji sinir nöqtələrinə toxunma məqsədi daşıyır. Rəsmi Paris düşünür ki, regionda Ermənistanın məhdud səviyyədə silahlanması Cənubi Qafqazda xaos məkanı yarada bilər və onu yönləndirə bilər. Lakin bu, indiki məqamda real deyil. Ona görə ki, Azərbaycanın strateji müttəfiqi Türkiyə və Qərbdə olan tərəfdaşları ilə müəyyən məlumat mübadilələri mövcuddur.

Bu mübadilələr kəşfiyyat səhnəsində də özünü göstərir. Belə olan halda Azərbaycan Ermənistana hər hansı silahın verilməsi fonunda belə qabaqlayıcı tədbirləri görə biləcəyini nümayiş etdirir", - deyə o bildirib.

Daha geniş videomüsahibəni təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti