...

Təkrar sertifikasiya imtahanlarında uğur qazanan müəllimlərin müsahibə mərhələsinin vaxtı məlum olub

Cəmiyyət Materials 25 İyun 2024 17:28 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bu günə qədər ümumilikdə sertifikasiya imtahanlarında uğur qazanan 55 min müəllim üçün əməkhaqqına əlavələr proqnozlaşdırılır.

Trend xəbər verir ki, bunu bu gün Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli jurnalistlər üçün brifinq zamanı deyib.

"Bu il təkrar sertifikasiya imtahanlarında uğur qazanan müəllimlərin avqust ayında müsahibə mərhələsi təşkil ediləcək. Əmək müqaviləsinə xitam veriləcək müəllimlərə əmək qanunvericiliyində nəzərdə tutulan təminatların ödənilməsi həyata keçiriləcək", - o əlavə edib.

Nurlan İsmayılbəyli onu da vurğulayıb ki, bu ilki imtahanlarda hər hansı texniki səhv və suallarla bağlı nöqsan qeydə alınmayıb.

Qeyd edək ki, iyunun 24-də xarici dil (alman dili, fransız dili, rus dili və ədəbiyyatı və s.), eləcə də Azərbaycan dili (rus bölməsi), ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri sertifikatlaşdırma prosesinin test mərhələsində iştirak edəcəklər. Daha əvvəl riyaziyyat və ingilis dili müəllimləri ilk dəfə sertifikasiyaya cəlb olunublar.

Test imtahanı mərhələsində müəllimlərə 120 dəqiqə müddətində tədris fənni üzrə ümumtəhsil proqramları, tədris metodikası və təlim strategiyalarına aid 60 sual təqdim edilib. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra nəticə namizədin kompüterində əks olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti