...

“Neftçi”nin Müşahidə Şurasının tərkibi və sədri təsdiqləndi

İdman Materials 25 İyun 2024 10:54 (UTC +04:00)

Bakı. Trend:

“Neftçi”nin Müşahidə Şurasının yeni tərkibi və rəhbəri müəyyənləşib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

Hafiz Zeynalov klubun Müşahidə Şurasının sədri kimi təsdiqlənib. Emin Əmrullayev, Orxan Sultanov, Fərid Hacıyev, Emil Alxaslı, Bəxtiyar Aslanbəyli və Afaq Məmmədova isə üzvlərdir.

Qeyd edək ki, Müşahidə Şurasının əvvəlki sədri Rövşən Nəcəf olub.

Xəbər lenti

Xəbər lenti