Bakı. Trend:
“Azərpoçt” MMC 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü ilə əlaqədar əhalinin poçt, maliyyə, postcargo və digər kargo xidmətlərindən rahat və səmərəli istifadə etməsini təmin etmək məqsədilə xüsusi rejimdə fəaliyyət göstərəcək.
Bu barədə Trend-ə “Azərpoçt”dan bildirilib.
Belə ki, iyunun 26-da fəaliyyət göstərəcək şöbələrin siyahısını diqqətinizə çatdırırıq:
1 saylı poçt filialının Mərkəzi Poçt Şöbəsi (AZ1000) - 09:00-18:00
2 saylı poçt filialının 63 (AZ1063) saylı poçt şöbəsi - 10:00-17:00
2 saylı poçt filialının 124 (AZ1124), 138 (AZ1138), 144 (AZ1144) saylı poçt şöbələri - 09:00-17:00
3 saylı poçt filialının 2, (AZ1002) 40 (AZ1040) saylı poçt şöbələri - 10:00-17:00
4 saylı poçt filialının 44 (AZ1044) saylı poçt şöbəsi - 09:00-17:00
Regionlarda yerləşən müştəri xidməti şöbələri - 10:00-17:00
Qeyd edək ki, istehsalat zərurəti ilə əlaqədar olaraq 1 saylı poçt filialının 66 (AZ1066) və 152 (AZ1152) saylı poçt şöbələri adi iş rejiminə uyğun fəaliyyət göstərəcək.
Bundan əlavə, zərurətlə əlaqədar yuxarıda göstərilən poçt şöbələrindən əlavə bu tarixlərdə 1 saylı poçt filialı üzrə 1, 3, 7, 8, 20, 21, 25, 33 və 52 saylı, 2 saylı poçt filialı üzrə 9, 17, 53, 54, 73, 83, 111, 114, 117, 122 saylı, 3 saylı poçt filialı üzrə 34, 104, 118, 119, 123, 129, 132, 133, 142 və 149 saylı və 4 saylı poçt filialı üzrə 39, 42,45, 50, 77, 89, 90 və 93 saylı poçt şöbələri fəaliyyət göstərə bilər.
Adi günlərdə olduğu kimi bayram günlərində də əhaliyə poçt xidmətlərinin göstərilməsi – teleqramlar, məktublar, banderollar, bağlamalar, xüsusilə də bayram təbrikləri, əsgər göndərişləri, eləcə də pul köçürmə və kommunal xidmətlər təmin ediləcək.