...

“Naxçıvanbank”ın “E-kredit Bank Olmayan Kredit Təşkilatı”na çevrilməsi prosesinə başlanıldı

İqtisadiyyat Materials 25 İyun 2024 17:40 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Naxçıvanbank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının qərarı, Azərbaycan Mərkəzi Bankına müraciət və Mərkəzi Bankın qabaqcadan yazılı razılığına əsasən “Naxçıvanbank” ASC-nin, “E-kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-yə çevrilmə formasında yenidən təşkili prosesinə başlanıb.

Trend bu barədə "Naxçıvan Bank"a istinadən xəbər verir.

Qeyd edilib ki, “Naxçıvanbank” ASC-nin kreditorlarından xahiş olunur ki, 24 iyun 2024 tarixindən 24 avqust 2024 tarixinə kimi 60 təqvim günü müddətində tələblərinin qeydə alınması üçün aşağıdakı ünvanlara bank iş günləri saat 10.00-dan 17.00-a kimi müraciət etsinlər:

Naxçıvan MR, Naxçıvan şəhər, C.Məmmədquluzadə küçəsi, 27 (Baş ofis)
Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər, Fəvvarələr küç.,1 (Bakı filialı)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti