...

İdmançılarımızdan dünya çempionatında 8 medal

İdman Materials 25 İyun 2024 23:25 (UTC +04:00)
İdmançılarımızdan dünya çempionatında 8 medal

Bakı. Trend:

Tatarıstanın paytaxtı Kazanda kəmər güləşi üzrə dünya çempionatı keçirilib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, yığmamız mundailı 8 medalla başa vurub.

İdmançılarımızdan Cəsur Mehtiyev (70 kq), Xəlil Murzayev (85 kq), Abdullah Şərif (90 kq), Yolgulu Məmmədov (100 kq) qızıl, Nihad Rzayev (75 kq) gümüş, Elvin Eyvazov (65 kq) və Musa İsmayılov (+100 kq) bürünc medal qazanıblar.

Kəmər güləşinin klassik növündə isə Ariz Hüseynov (60 kq) bürünc medala sahib olub.

Xəbər lenti

Xəbər lenti